Məhkəmə tanınmış meyxanaçı barəsində qərar verdi – FOTO + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə tanınmış meyxanaçı barəsində qərar verdi – FOTO + VİDEO

Kriminal

11 Yanvar 2024 11:35 844


Qanunsuz narkotik satışında təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, meyxanaçı azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.

Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib. Dördpendirli pizza

Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin edilmədiyini elan edib.

C. Sumqayıtlı barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.

O, 2021-ci ilin oktyabrında həbs edilib. Meyxanaçı külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!