Məhkəmənin eks-prezidentlə bağlı qərarı: Ev dustaqlığında qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmənin eks-prezidentlə bağlı qərarı: Ev dustaqlığında qalacaq

Dünya

29 İyul 2022 21:08 1274


Moldovanın keçmiş prezidenti İqor Dodon ev dustaqlığında qalacaq və ona yalnız ailə üzvləri ilə ünsiyyətə icazə veriləcək.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu qərarı Moldova Apellyasiya Palatası (MAP) qəbul edib.

MAP eks-prezidentin ev dustaqlığından azad edilməsini istəyən Dodonun vəkillərinin apellyasiya şikayətini rədd edib. Dominos pizza

Məhkəmə birinci instansiya məhkəməsinin iyulun 21-də Dodonun ev dustaqlığının 30 sutka uzadılması barədə qərarını qüvvədə saxlayıb. Bundan başqa, məhkəmə prokurorların ev dustaqlığında saxlama şəraitinin sərtləşdirilməsi ilə bağlı vəsatətini qismən təmin edib.

İ. Dodon mayın 24-də saxlanılıb və mayın 26-dan ev dustaqlığındadır. O, Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunub: “Passiv korrupsiya”, “Siyasi partiyanın cinayətkar təşkilatdan maliyyə vəsaiti əldə etməsi”, “Qanunsuz varlanma” və “Dövlətə xəyanət”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!