Məhkəməyə ərizə verildi: Əvəz Zeynallı azad edilir?

saytların hazırlanması

Evə çatdırılma

Məhkəməyə ərizə verildi: Əvəz Zeynallı azad edilir?

Kriminal

15 Aprel 2025 20:58 990


"Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyevlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik".

Yenisabah.az xəbər verir ki, bunu jurnalist Əvəz Zeynallının vəkili Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında qeyd edib.

O qeyd edib ki, Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər: Marqarita pizza

“Həmçinin "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı"na "Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər" də aiddir.

Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.

Qeyd edək ki, Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH ƏVƏZ BƏYƏ RƏHM ETSİN. TEZLİKLƏ XEYİRXAH İNSANLARIN KÖMƏYİ İLƏ ƏVƏZ BƏY AİLƏSİNƏ QOVUŞSUN VƏ SAĞLAMLIĞINA NAİL OLSUN. AMİN İNŞALLAH. ƏZİZ ƏVƏZ BƏY SİZİN ÜÇÜN ALLAHA ETDİYİMİZ DUALAR ÇİN OLSUN. AMİN İNŞALLAH.
    1 year ago