“Həyat sizi sınaqlara çəkəndə və hər kəs təslim olanda, siz sona qədər dik durun! Zərbə almaqdan qorxmayın! Zərbələr sizi əzmək üçün deyil, nə qədər möhkəm olduğunuzu sübut etmək üçündür”.
“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova bildirib.
Onun sözlərinə görə, hər kəs zərbə altında qalıb xarakterini qoruya bilmir:
“Düz olanın kölgəsi də düz olar! Əyilmiş bir mismar bəlkə rahat yaşayar, amma heç vaxt öz vəzifəsini yerinə yetirə bilməz... Zərbə altında xarakterini qorumaq hər kəsin işi deyil... Zərbələr dik duruşu dəyişməməlidir! Hər kəsə bənzəməyi rədd etdiyiniz gün, özünüz olduğunuz gündür...”.
Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova ötən ilin noyabrnda Akademik Milli Dram Teatrındakı işindən azad edilib.
Aydan Hacı
Telegram kanalımız