Məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? - Rəsmi açıqlama

Sosial

22 Sentyabr 2020 17:36 1226


Sosial şəbəkələrdə məktəb açılışı zamanı şagirdlərə verilən çantaların geri alınması barədə məlumat yayılıb.

Bildirilib ki, Saatlı rayon Orta Muğan kəndində yeni məktəbin açılışı ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən I sinif şagirdlərinə məktəbli çantası verilib. 

İddia olunur ki, çəkilişdən sonra çantalar şagirdlərin əlindən alınıb. pizza mizza

Saatlı Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəbdə 58 şagird I sinifdə təhsil alır:

“Onlara 24 çanta verilib. Açılış zamanı mövcud çantalar uşaqlara paylanılıb. Sadəcə, Rayon Təhsil Şöbəsinin əməkdaşlarından biri müəllimlərə bildirib ki, tədbir davam edəcək və uşaqlara çanta daha sonra veriləcək. Yanlış anlaşılma nəticəsində çantalar saxlanılıb”.

“Artıq valideynlər məktəbə çağırılıb və çantalar təhvil verilib”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!