Məktəb Nuh əyyamından qalma soba ilə qızdırılırsa... - “Tovuzda baş verən dəhşətdir!”

saytların hazırlanması

Evə çatdırılma

Məktəb Nuh əyyamından qalma soba ilə qızdırılırsa... - “Tovuzda baş verən dəhşətdir!”

Sosial

24 Dekabr 2024 12:17 591


Tovuzun Aşağı Quşçu kəndində da 71 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisələrində istilik təminatı məsələsi bir daha müzakirə mövzusuna çevrilib. Ucqar kəndlərdə məktəblər hələ də müxtəlif növ istilik sobaları və yanacaq maddəsi ilə qızdırılır. Buna görə də dəm qazı ilə zəhərlənmə ehtimalları yüksəkdir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, məktəblərdə istiliyin təminatı dövlət öhdəliyidir:

“Hazırda ölkədə 4400 orta ümumtəhsil məktəbi var və bunların hər biri noyabr ayının 15-dən etibarən müxtəlif mənbələr vasitəsi ilə istiliklə təchiz olunur. Yəni odun, kömür və qaz sobalarından. Eyni zamanda, mərkəzi istilik sistemlərinə qoşulmalar var.  Toyuqlu pizza

Təhsil haqqında qanunda qanun və hətta Konstitusiyada qeyd olunur ki, təhsil alanlar üçün münbit şərait yaradılmalıdır. Bu dövlətin öhdəliyidir və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Amma Tovuzda baş verən hadisə sadəcə dəhşətdir! 

Necə ola bilər ki, ölkədə heç bir otelin, restoranın istilik problemi yoxdur və qazanxanaları var. Tovuzda isə hansısa məktəbdə istilik təminatı bərbad vəziyyətdədir. Bu artıq təhsilə yanaşmada səhvi göstərir”.

Ekspert regional təhsil idarələrini hədəfə alıb:

“Təhsildə islahat” deyəndə, hər hansı bir qanunun qəbulu başa düşülməməlidir. İslahat normal şəraitin yaradılması deməkdir. Yəni nə qədər dəyişiklik aparsaq belə, əgər təhsil alanlar üçün normal şərait yaratmamışıqsa, deməli, vəziyyət yaxşı deyil. 

Problem regional təhsil idarələrindədir. Onlar qış aylarına hazırlıqla bağlı artıq oktyabr ayından məktəblərdə mütəmadi yoxlamalar aparmalıdır. Hətta dağ və dağətəyi ərazilərdə qış daha erkən vaxtlarda gəlir. 

Ümumən Aşağı Quşçu məktəbdəkinə bənzər qurğularla siniflərin isidilməsi təhlükəlidir. Bu onu göstərir ki, regional səviyyədə təhsilin idarə olunmasında ciddi nöqsanlar var. Həmin idarələr vəzifələrinin öhdəsindən gələ bilmir. Onlar məktəblərdə mütəmadi yoxlamalar aparmır. 

Qazanxanalar vasitəsi ilə məktəblərin mərkəzi istilik sistemlərini təmin edilməlidir. Bu işdə çətin heç nə yoxdur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!