Məktəbdə kütləvi zəhərlənmə - Karantin elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə kütləvi zəhərlənmə - Karantin elan edildi

Dünya

14 Dekabr 2021 13:16 818


Rusiyada internat məktəbdə kütləvi zəhərlənmə baş verib.

Yenisabah.az xəbər verir ki, Tuva Respublikasının Kızıl şəhərindəki internat məktəbin 70-dən çox şagirdi qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. pizza

Məlumatda bildirilir ki, əvvəlcə 33 uşaq kəskin respirator virus diaqnozu ilə xəstəxanaya çatdırılıb. Son məlumata görə isə xəstəxanaya yerləşdirilənlərin sayı 74 nəfərdir. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda uşaqların vəziyyəti normaldır.

Qeyd edək ki, məktəbdə karantin elan edilib.

Nəzrin Vahid 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!