Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir

saytların hazırlanması

Evə çatdırılma

Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir

Sosial

07 Sentyabr 2020 15:38 784


Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir. 

Yenisabah.az-ın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna (19.4-cü maddə) əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini,  ibtidai, ümumi orta  və tam orta təhsil səviyyələrini əhatə edir.  Dominos pizza

Digər yenilik isə odur ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!