Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı araşdırma başladı

Sosial

11 Sentyabr 2020 15:39 1424


Sentyabrın 10-da paytaxtdakı 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın yayılan səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a verilən, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır. Toyuqlu pizza

Qeyd edək ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 1936-cı ildə istifadəyə verilmiş binası  sonuncu dəfə  2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib.

Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində əsaslı və ya cari təmirə olan ehtiyac məktəblərdən əldə edilən məlumatlar və tərəfimizdən keçirilən monitorinqlər nəticəsində müəyyənləşdirilmiş müvafiq siyahı aidiyyəti qurumlara təqdim edilir və bununla əlaqədar zəruri tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!