Məktəbin həyətində valideyn davası - Polis araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Məktəbin həyətində valideyn davası - Polis araşdırır

Kriminal

09 Yanvar 2025 10:57 566


Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə hər iki şəxs ekspertizaya göndərilib. pizza

Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!