Məktəblərdə dərs 45 dəqiqədən az olacaq?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə dərs 45 dəqiqədən az olacaq? - RƏSMİ AÇIQLAMA

Sosial

07 Sentyabr 2020 19:45 2171


“İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”. pizza sifarişi

V. Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!