Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq

Sosial

14 Sentyabr 2020 18:02 2114


Məktəblərdə tənəffüs zamanı ənənəvi qaydada zəng çalınmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib. 

Qeyd edilib ki, tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına ciddi nəzarət etməlidir. APA Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!