Məktəblərin qarşısında yeni təhlükəsizlik yazıları - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərin qarşısında yeni təhlükəsizlik yazıları - Foto

Sosial

24 Sentyabr 2020 13:00 733


Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə işlər davam etdirilir. 

Yenisabah.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsizlik tədbirləri görülüb:

•  206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib; Toyuqlu pizza

•   sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

•   təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

 Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!