Məktəbli 5 gün əvvəl itkin düşmüşdü, meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli 5 gün əvvəl itkin düşmüşdü, meyiti tapıldı

Hadisə

05 Yanvar 2023 22:35 1049


Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.

Kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb. Toyuqlu pizza

Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.

Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib. Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir. Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb. Buna görə Kamran Allahverdiyev 2 il təhsildən yayınıb.

Azərbaycana qayıdandan sonra qaldığı təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.

Qeyd edək ki, 10-cu sinif şagirdi dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!