Məleykə Abbaszadə: Buraxılış imtahanının tarixi hələ məlum deyil

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə: Buraxılış imtahanının tarixi hələ məlum deyil

Sosial

31 Oktyabr 2024 12:34 530


“İndiki dərs yükü 30 il əvvəlki dərs yükündən fərqlidir”.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib: “İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”. Marqarita pizza

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:

"Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!