“Melissa”ın rəhbəri apellyasiya şikayəti vermədi

saytların hazırlanması

Evə çatdırılma

“Melissa”ın rəhbəri apellyasiya şikayəti vermədi

Kriminal

07 Aprel 2025 13:31 287


Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Qalib Məmmədovla birgə həbs edilən ekskvator sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.

Hər iki şəxs barəsində Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza

Onlar qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olublar.

Q. məmmədov və Q. Eynullayev Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət verilmişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!