“Mən belarus və rus analarına yalvarıram...“ - Videobloqerdən müraciət

saytların hazırlanması

Evə çatdırılma

“Mən belarus və rus analarına yalvarıram...“ - Videobloqerdən müraciət

Dünya

01 Mart 2022 16:10 630


Tanınmış ukraynalı müğənni, dizayner, videobloqer Nadya Dorofeyeva Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı "İnstaqram" hesabı vasitəsilə videomüraciət edib.

Yenisabah.az Manset.az-a istinadla xəbər verir ki, izləyicilərinə göz yaşları içində müraciət edən Dorofeyeva emosiolarına görə üzr istəyib, lakin bu sözləri başqa cür ifadə edə bilmədiyini qeyd edib:

“Gəlin unutmayaq ki, hamımız insanıq. Həyatdan dəyərli heç nə yoxdur. Sənin hansı ölkədən olmağın önəmli deyil. Mən heç vaxt siyasətlə bağlı olmamışam, onda heç nə anlamıram. İndi cinayət – fikir bildirməməkdir. Bütün dostlarımız bomba sığınacaqlarında oturub, çox qorxurlar. Mən belarus və rus analarına yalvarıram ki, oğullarını Ukraynada vuruşmağa qoymasınlar. Xahiş edirəm, bunu dayandırın...” Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!