“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü – VIDEO

saytların hazırlanması

Evə çatdırılma

“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü – VIDEO

Kriminal

14 Aprel 2023 15:08 1883


Biləsuvarda kütləvi dava olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.

Şahidlərin bildirdiklərinə görə, bir nəfər dostları ilə birlikdə kafeyə gələrək yeyib-içən şəxslərə yaxınlaşıb. Onlara qarşı “mən buranın lotusuyam” ifadəsini işlədib. Bundan sonra iki qrup arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Şəxslər bir-birinə kafenin stulları ilə zərbələr endiriblər. Sezar pizza

Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, iki nəfərin xəsarət aldığı faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: 

“Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. 

Hadisənin görüntülərini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!