"Hazırda Gürcüstanın tamamilə kapitulasiya elan etdiyi və praktiki olaraq müttəfiqsiz qaldığı bir vaxtda, bu məsələ ilə bağlı dünyanı oyada biləcək bir şəxs kimi mən əsir götürülmüşəm".
Yenisabah.az "Radio Tavisupleba"ya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili deyib.
"Yeganə ümidim Ukrayna Silahlı Qüvvələridir, hansılar ki, Donetsk və Luqanskın ərazilərinin tam tutulmasına imkan verməməlidirlər. Bu zaman Sxinvali və Ukraynanın bölgələrinin Rusiyaya birləşdirilməsi öz mənasını itirimiş olur. Həmçinin, jurnalistlər və siyasətçilər gürcü xalqına başa salmalıdırlar ki, kapitulasiya siyasəti tam məhvə aparır və Gürcüstanın xilası məsələsini yenə də gürcü xalqı öz əlinə almalıdır" - deyə, keçmiş prezident bildirib. Dördpendirli pizza
Telegram kanalımız