“Mənə deyirlər, sənin “başını əkəcəklər”” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Mənə deyirlər, sənin “başını əkəcəklər”” - Deputat

Siyasət

20 Fevral 2021 20:57 1154


“Mənə deyirlər, xarici şirkətlər sənin “başını əkəcəklər”. Kobud ifadəyə görə üzr istəyirəm...”

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Azərbaycanın neftindən, qazından faydalanan beynəlxalq şirkətlər var, sərbəst şəkildə fəaliyyət göstərirlər. Onların vergi siyasəti kimə bəllidir? Milli Məclisdə Baş Nazir Əli Əsədova, Maliyyə naziri Samir Şərifova müraciət edərək şəffaflıq tələb etdim. Deputat kimi bilmək istəyirəm. Bu məsələni iki il əvvəl də qaldırmışam. Desinlər, görək bizə nə qədər vergi verirlər? Necə olur, heç nəyi olmayan insandan vergi tələb edirik, bu boyda şirkətlərdən tələb etmirik?! Bir neçə il öncə, ölkə Prezidentinin BP şirkəti ilə danışıqlarını xatırlayırsınız. Ortada 8 milyard dollarlıq məsələ vardı. Prezident həmin vaxt hirslənmişdi...” – T.Kərimli qeyd edib.  /Pravda.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!