“Məni döyən oğlanın gərək 7 başı olsun” – Lənbəranski 

saytların hazırlanması

Evə çatdırılma

“Məni döyən oğlanın gərək 7 başı olsun” – Lənbəranski 

Kriminal

09 Fevral 2023 10:12 9031


Ötən gündən bəri sosial şəbəkələrdə sosial şəbəkə fenomeni, bloger Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayılıb.

Sözügedən xəbərlə bağlı Yenisabah.az Elçin Lənbəranski ilə danışıb. Bloger yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Mənim bu haqda xəbərlərin yayılmasından heç məlumatım yox idi. Axşam mənə dedilər ki, belə xəbərlər yayılıb.  pizza hut

Birincisi, məni döyən oğlanın gərək 7 başı olsun. Bu ölkədə məni minlərlə qeyrətli oğullar çox istəyir, kimsə də mənə toxuna bilməz. 

İkincisi, mən elə bir səhv eləməmişəm ki, kimsə mənə əl qaldırsın. Bəzən olur ki, iş prosesində kiminləsə yüngülvari sözün çəp gələ bilir, amma şükür ki, heç kəslə sözümüz də çəp gəlməyib. Bu dövlətin içində kim-kimi döyə bilər? Bu nə axmaq düşüncədir?! Mən dünən açıqlama vermişəm, yazıblar ki, “Elçin Lənbəranski döyülməyini təsdiqlədi”. Mən belə söz deməmişəm axı! 

İki gündür ölkənin gündəmi Elçindir, bütün bunlar sadəcə Elçini gözdən salmaq üçündür. Allaha and olsun, kimsə mənə çırtmasını vursa, onu sürüyərlər. Bu mümkün olan şey deyil. İnsan elə bir səhv etməlidir ki, onu vursunlar. Axı bizim səhvimiz nədir? Biz nə işlə məşğuluq? Dövlətimizə dəstək verən insanlarıq. Nə isə etmək, yardım əli uzatmaq istəyirik”. 

Xatırladaq ki, fevralın 8-i, axşam saatlarında Heydər Əliyev adına İdman Konsert Kompleksində bloger Elçin Lənbəranskinin döyülməsi haqda xəbərlər yayılmışdı.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!