Məni qeyri-adi insana çevirməyin - Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

Məni qeyri-adi insana çevirməyin - Pezeşkian

Dünya

14 İyul 2024 10:01 809


Mən dəfələrlə demişəm ki, sizin heç birinizdən üstünlüyüm yoxdur. Mənə başqa cür baxanda elə bilirəm ki, kiməsə çevrilmişəm, buna görə də özümdən qorxuram.

Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, bunu İranın seçilmiş prezidenti Məsud Pezeşkian keçmiş deputat həmkarları qarşısında deyib.

O əlavə edib: "Pirə-peyğəmbərə and olsun ki, sizin kimiyəm. Eyni adamam, heç nə baş verməyib. Sizin danışıb-gülən, zarafatlaşan. Əgər mən doğru yolda olmuşamsa və vədlərə əməl etmişəmsə, məni qəbul edin. Məni başqa cür təsvir etsəniz, elə bil ki, kimlərəsə çevrilmişəm. Məni qeyri-adi insana çevirməyin. Sadəcə məsuliyyətim artıb, bu ağır yükü daşımaqda mənə kömək etməlisiz". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!