“Mənim ümidim yalnız İlham Əliyevə idi, o da oğlumu qaytardı” - Aminin anası

saytların hazırlanması

Evə çatdırılma

“Mənim ümidim yalnız İlham Əliyevə idi, o da oğlumu qaytardı” - Aminin anası

Sosial

14 Dekabr 2020 23:59 766


Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayev bu gün Bakıya gətirilib.

Yenisabah.az bildirir ki, Azxəbər.com Aminin anası Hicran Sadıqova ilə əlaqə saxlayıb. 

Aminin anası oğlunu vətənə qaytardığı üçün Prezidentə təşəkkürünü bildirib:  pizza hut

"Sevincimizin həddi-hüdudu yoxdur. Ailəmiz və xalqımız adından cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Onun zəhməti, gücü, zəkasının sayəsində əsirlərimizi geri ala bildik. Müharibə varsa onun acı nəticəsi də olur. Mənim ümidim yalnız Cənab Prezidentə idi. Bilirdim ki, o oğlumu geri qaytaracaq. Belə də oldu. Bir daha təşəkkür edirəm”.

Hicran Sadıqova şəhid analarına da başsağlığı verib:

"Vətən müharibəsində şəhid olan əsgərlərimizə rəhmət, yaralılara can sağlığı arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!