Mərakeşdə həddindən artıq istilər nəticəsində mərkəzi Bəni Məllal şəhərində son 24 saat ərzində ən azı 21 nəfər ölüb.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayır.
Bazar ertəsindən Çərşənbə gününə qədər temperaturun kəskin yüksəlib və bəzi ərazilərdə 48 dərəcə çatıb. pizza sifarişi
Kasablankadan 200 kilometrdən çox cənub-şərqdə yerləşən Bəni Məllalda havanın temperaturu Cümə axşamı günü 43 dərəcə olaraq qalıb.
Meteorologiya departamentinin məlumatına görə, yaxın günlərdə temperaturun aşağı düşəcəyi gözlənilir.
Telegram kanalımız