Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 632 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, xarici KİV-lər daha 329 nəfərin yaralandığını qeyd edir.
Bundan əvvəl Mərakeş Xəbər Agentliyi (MAP) Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən 296 itki və 153 yaralı olduğunu bildirmişdi.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Bundan sonra 4,8, 3,4, 3,2 və 3,3 bal gücündə daha bir neçə yeraltı təkan qeydə alınıb.
Seysmoloqlar xəbərdarlıq edir ki, zəlzələdən sonra növbəti bir neçə saat və ya hətta gün ərzində təkrar təkanlar baş verə bilər.
Telegram kanalımız