İyulun 31-də saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Qazax rayon sakini X.Babayevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini M.Muradovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, nəticədə X.Babayevin sərnişinləri olan Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı hadisə yerində ölüb, özü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız