Mərdəkanda 88 yaşlı qayınata gəlinini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Mərdəkanda 88 yaşlı qayınata gəlinini öldürdü

Kriminal

19 Oktyabr 2023 09:50 847


Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi üzrə istintaq davam edir.

Yenisabah.az əbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı Yaşar Dadaşovun Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Y. Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1964-cü il təvəllüdlü Gülnarə Dadaşova ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli sayılan onun qayınatası Y. Dadaşov 1935-ci il təvəllüdlüdür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!