Mərhum Tünzalə Əliyevanın ("Toppuş bacı") qızı Zəhra atası Röyalla birlikdə Ümrə ziyarətinə gedib.
Yenisabah.az xəbər verir ki, bu haqda Əməkdar artistin əri Röyal sosial şəbəkədə paylaşım edib.
O, balaca Zəhranın Məkkədən videosunu yayımlayaraq yazıb: Sezar pizza
"Söz vermişdik ki, üçümüz birlikdə Həcc ziyarətinə gedəcəyik. Amma qismət olmadı. Biz qəlbimizdə sənlə getdik. Daim əlimdən tutmuşdun kimi təvaf elədik. Qızımız gənc yaşında "hacı xanım" oldu. Səni hər zaman sevdim, hər zaman da sevəcəyəm, nur üzlü həyat yoldaşım. Bizi o gözəl torpaqlara göndərən hər kəsə minnətdarıq".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız