Mərhum Oqtay Əliyev dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Mərhum Oqtay Əliyev dəfn olundu

Şou

23 Mart 2023 14:17 1197


Bu gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Dominos pizza

Qeyd edək ki, ötən gün Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobili sürən Oqtay Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!