Mərhum Oqtay Əliyevlə vida mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Mərhum Oqtay Əliyevlə vida mərasimi keçirilir

Şou

23 Mart 2023 09:53 898


Bu gün “SOY” prodakşının sabiq rəhbəri, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Yenisabah.az xəbər verir ki, mərasim mərhumun Yasamal rayonundakı evində başlayıb. 

Onunla eyni qəzada yaralanan xanımı Dilarə Əliyeva artıq xəstəxanadan buraxılıb və o da dəfndə iştirak edəcək. Dominos pizza

Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib.

Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!