Almaniyanın silah satışı keçmiş kansler Angela Merkel hökumətinin son həftəsində verdiyi xüsusi icazələr sayəsində rekord həddə çatıb.
Yenisabah.az "Deutsche Welle"yə istinadla xəbər verir ki, işinin son doqquz günündə hökumət təxminən 5 milyard avro dəyərində silah ixracına razılıq verib.
Beləliklə, Almaniyanın silah ixracı lisenziyaları 2021-ci il ərzində görünməmiş miqdara, ümumən 9 milyard 40 min avroya çatıb. Marqarita pizza
Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, Misir bu il alman silah idxalçıları siyahısına böyük fərqlə başçılıq edir. Qahirəyə 4,34 milyard avro dəyərində hərbi ixracı təsdiqlənib.
Telegram kanalımız