Mərkəzi Bankın yeni binası: “Bu, səmərəsiz xərcdir”

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankın yeni binası: “Bu, səmərəsiz xərcdir”

Sosial

06 İyun 2024 15:33 544


“Mərkəzi Banka ofis lazımdırmı? Bəli, lazımdır. Bəs Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı? Bu, çox ciddi sualdır. Təəssüf ki, bu xərcin təsdiq edilməsi nə mənim, nə də sizin səlahiyyətinizdədir. Səlahiyyətli şəxslər bunu təsdiqləyib xərcləyirlər. Xərcləyə-xərcləyə də gedirlər. Mərkəzi Bank məhsul satmır, ixrac etmir. Qurum bu qazancı əhalidən alır. Hətta həmin pul Bankın qazancı da olsa, bu işlərin görülməsi sual işarəsi yaradır”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli deyib.

O, Mərkəzi Bankın yeni binası üçün xərclərin 450 milyondan 770 milyona qalxması xəbərinə münasibət bildirib: pizza

“Çox təəssüf edirəm. Azərbaycanın qeyri-neft sektorunun ciddi inkişaf problemi olduğu bir dövrdə, hələ sosial tərəfdən minimum əməkhaqqının 345 manatdan qaldırmaq barədə 2 ildir fikirləşirik ki, qaldıraq, ya qaldırmayaq, minimum pensiyanın 280 manat olduğu bir vaxtda belə təntənəli, dəbdəbəli, dövlət idarələrinin nəhəng daşınmaz əmlaka pul qoyması pisdir, bərbaddır. Qəti surətdə tənqid edirəm. Bu, ölkə resurslarının səmərəsiz xərclənməsidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!