“Mərkəzi Kəşfiyyat İdarəsi Putinin planlarını öncədən bilirdi” - Bayden

saytların hazırlanması

Evə çatdırılma

“Mərkəzi Kəşfiyyat İdarəsi Putinin planlarını öncədən bilirdi” - Bayden

Dünya

09 İyul 2022 14:00 885


Amerika kəşfiyyat xidmətləri Vaşinqtona Rusiya tərəfinin Ukraynada “xüsusi hərbi əməliyyat” keçirməklə bağlı planları barədə əvvəlcədən məlumat verib.

Yenisabah.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Virciniya ştatının Lenqlidəki baş qərargahına səfəri zamanı deyib.

“Kəşfiyyat mütəxəssislərimizin inanılmaz əməyi sayəsində biz dünyanı Vladimir Putinin Ukraynada nə planlaşdırdığı barədə xəbərdar edə bildik. İndi gördük ki, o, nə edir. Bunu siz də gördünüz”, - TASS amerikalı liderin dediklərindən sitat gətirib. Dominos pizza

Onun sözlərinə görə, Amerika kəşfiyyat xidmətləri “işlərinin “mənbələrini və üsullarını” açıqlamayıblar.

“Bu, bütün dünyada tərəfdaşlarımızı və müttəfiqlərimizi bir araya toplamaqda və onların birliyini qorumaqda həlledici rol oynadı”, – deyə Amerika prezidenti billdirib.

Bayden CIA-nı “bütün dünyada ən yaxşı kəşfiyyat agentliyi” adlandırıb.

ABŞ rəhbəri qeyd edib ki, Rusiya tərəfi NATO-nu parçalamaq və onun qətiyyətini qırmaq fürsətinə ümid edirdi, lakin müttəfiqlər bunun qarşısını ala biliblər./Konkret.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!