Məscidin imamı səcdədə   bıçaqlandı 

saytların hazırlanması

Evə çatdırılma

Məscidin imamı səcdədə bıçaqlandı 

Kriminal

11 Aprel 2023 15:30 1020


ABŞ-da məscidin imamı namaz əsnasında bıçaqlanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatındakı Ömər məscidində qeydə alınıb. İmam 65 yaşlı Seyid Əl-Nakib namaz qılan zaman bıçaqla hücuma məruz qalıb. Camaatın arasında gizlənən 32 yaşlı Şerif Zorba tərəfindən səcdədə olarkən bıçaqlanan imam Seynt-Josef Xəstəxanasına yerləşdirilib.

Məscidin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə təcavüzkarın səcdə halında camaatın üzərindən tullandığı, bıçağı ilə imamın kürəyinə zərbələr vurduğu və ona mane olmaq istəyənləri hədələdiyi əks olunub. Hücum edən şəxs məsciddən qaçmaq istəyərkən camaat tərəfindən tutularaq polisə təhvil verilib. Sezar pizza

Hadisə ilə bağlı araşdırmalar davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!