Məşhur aktyor döyüşdə ÖLDÜ - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyor döyüşdə ÖLDÜ - FOTO 

Dünya

20 Avqust 2024 21:21 353


42 yaşlı rusiyalı aktyor Yevgeni Şişov Kursk vilayətində gedən döyüşlərdə həlak olub. 

Yenisabah.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kino-Teatr.ru saytı məlumat yayıb. 

"Yevgeni Şişov Kursk vilayətində Rusiya ərazisini müdafiə edərkən həlak olub", - məlumatda deyilir.  pizza mizza

Aktyorun ölüm xəbərini həmkarları da təsdiqləyib. 

Qeyd olunur ki, sənətçi sosial şəbəkədə sonuncu paylaşımını iyulun 31-də edib. 

Yevgeni Şişov 1982-ci ildə anadan olub. O, ekranlarda "Dəniz şeytanları", "Çətin ölüm", "Möhtəşəm beşlik", "Nevski" kimi layihələrlə məşhurluq qazanıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!