Məşhur meyxanaçı hakim qarşısına çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Məşhur meyxanaçı hakim qarşısına çıxarılacaq

Kriminal

18 Oktyabr 2023 09:05 558


Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir Ay Brat”) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses oktyabrın 31-nə təyin edilib.

İş hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdıracaq. Dördpendirli pizza

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!