10 ildir ki, məzar qazaraq pul qazanan Halil Aykut ən sonda özü üçün məzar qazıb.
Yenisabah.az xəbər verir ki, hadisə Balıkesirin Bigadiç bölgəsində baş verib. Halil Aykut məsələ ilə bağlı açıqlama verərkən uşaqlarının narahat olmasını istəmədiyi üçün belə addım atdığını vurğulayıb:
"10 il əvvəl bir qohumum üçün qəbir qazarkən yanıma bir nəfər gəldi və vəfat edən qohumu üçün qəbir qazmağımı istədi. Həmin müddətdə işlər arxa-arxaya gəldi və qəbir qazmaqla məşğul olmağa başladım. Qarşılığında nə qədər pul versələr, onu alıram. 100-150 lirə verirlər. Yetim və kasıb şəxslər üçün pulsuz qazıram. Çox ölüm hadisəsi olmur, həftədə 2 nəfər ölür, min bərəkət... Uşaqlarımın başı qəbir qazmağa qarışmasın deyə, özüm üçün də bir qəbir qazmışam". Dominos pizza
Telegram kanalımız