"İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm".
Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərli deyib.
O əlavə edib: "Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib. Pepperoni pizza
Yaxşı sənətkar olmaq hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar".
Sənətçi qazancını sənətinə qoyduğunu deyib:
"Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm".
Müğənni daha efirlərə çox çıxmadığını da bildirib:
"Çalışıram ki, hər çağırılan verilişə getməyim. Çünki elə verilişlər var ki, aparıcı qeyri-peşəkardır. Sən öncədən bilirsən ki, nə sual hazırlayıb. Həm də bir yerə çox gedəndə adam hörmətdən düşür. Ona görə verilişlər arasında seçim edirəm".
Telegram kanalımız