Aparıcı Elgiz Əkbər müğənni Mətanət Əsədovaya ad günü məclisində verilən hədiyyənin oğurlandığını açıqlayıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Həmin Zaur” proqramında qonaq olarkən danışıb:
“Mətanətə hədiyyə gəldi. Bizim yanımızda açdı, gördük ki, qızıl onluqdur. Soruşdu ki, bunu kim verib? Kiminsə adını çəkdilər. Həmin adam da başqa bir masadan bizə əl yellədi. Onluğu götürüb masanın üstünə tulladı. Özü də çıxıb getdi. Başımız qarışdı, bir də gördük ki, onluq yoxa çıxıb. Onu kimsə oğurladı”. pizza hut
Əsədova isə bildirib: “Nə qızılı? Brilliant üzüklərdən danış. Qızılı götürən adam dedi ki, bir az borcum var, onu ödəyəcəyəm. Dedim, halal xoşun”.
Telegram kanalımız