Mətbuat katibi: “Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Mətbuat katibi: “Putin- Ərdoğan görüşünün dəqiq tarixi yoxdur“

Dünya

03 Fevral 2022 14:06 588


"Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan fevralın sonu da daxil olmaqla görüş, tarixlərinin müxtəlif variantlarını müzakirə ediblər".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"İki lider, həqiqətən, mümkün variantlardan danışdılar - fevralın sonunda, başqa tarixlər. Hər iki tərəf bunun epidemioloji vəziyyət və prezidentlərin qrafikləri imkan verən kimi baş verməsində maraqlıdır. Hələlik dəqiq tarixlər yoxdur. Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - deyə Peskov qeyd edib. pizza hut

Daha əvvəl Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Türkiyə tərəfinə Çinə səfərindən sonra Türkiyəyə səfər edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!