Vladimir Putinin İndoneziyada keçiriləcək G20 sammitində iştirak formatı ilə bağlı qərar bütün amillər, o cümlədən dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi baxımından nəzərə alınmaqla qəbul ediləcək.
Yenisabah.az "Interfax"-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
"Moskva. Kreml. Putin" verilişinə müsahibəsində o bildirib: “İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvət olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə minnətdarıq, bütün amillər, o cümlədən təhlükəsizlik amili nəzərə alınacaq". pizza sifarişi
Daha əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, Putin İndoneziya prezidenti Coko Vidodo ilə telefonla G20 sammitinə hazırlığı müzakirə edib.
G20 sammiti bu il noyabrın 15-16-da Balidə keçiriləcək.
Telegram kanalımız