Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!

Sosial

02 Yanvar 2025 18:42 889


2025-ci ilin əvvəlində Günəş aktivliyi dövrlərinin baş verməsi gözlənilir, bu səbəbdən sağlamlığa daha çox diqqət yetirmək və istirahətə vaxt ayırmaq məsləhət görülür.

Yenisabah.az yanvar ayı üçün maqnit qasırğası proqnozunu təqdim edirik:

5-6 yanvar: Zəif və mülayim maqnit qasırğaları. Baş ağrısı, yüngül yorğunluq və enerji azalması yaşanabilir. pizza hut

9-10 yanvar: Güclü maqnit qasırğaları gözlənilir. Hava şəraitinə qarşı həssas olan insanlarda qəfil əhval dəyişikliyi, qıcıqlanma və qan təzyiqinin yüksəlməsi müşahidə oluna bilər.

15-16 yanvar: Maqnit aktivliyi mülayim olacaq. Stressdən və aşırı fiziki fəaliyyətdən qaçınmaq tövsiyə olunur.

21-22 yanvar: Zəif və orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.

27-28 yanvar: Orta səviyyəli aktivlik. Yuxu rejimini izləmək, düzgün qidalanmaq və orqanizmi çox yükləməmək vacibdir.

Qeyd etmək lazımdır ki, bu proqnozlar ilkin xarakter daşıyır, çünki günəş partlamaları gözlənilən vaxtdan əvvəl baş verə bilər və maqnit qasırğalarının intensivliyini artırıb ya da azalda bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!