Metorda nasazlıq yarandı   - Qatarlar dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Metorda nasazlıq yarandı - Qatarlar dəyişdirildi

Hadisə

18 May 2022 20:06 864


"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.

Yenisabah.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, maşinist qatara baxış keçirib, hər hansısa problem aşkarlanmayıb. Pepperoni pizza

"Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. "Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub. Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!