Metro açılsa da, ekspres avtobuslar işləyəcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Metro açılsa da, ekspres avtobuslar işləyəcək - RƏSMİ

Sosial

11 Sentyabr 2020 14:30 1176


Bakı metrosunda sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada fəaliyyətdə olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun tənzimlənəcək.

Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq nəzər alınacaq. Toyuqlu pizza

Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 0:00-dan sentyabrın 14-ü saat 6:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

     

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!