İctimai nəqliyyatda qiymətlər artır? – “Qərarın verilməsi mümkündür”

saytların hazırlanması

Evə çatdırılma

İctimai nəqliyyatda qiymətlər artır? – “Qərarın verilməsi mümkündür”

Sosial

08 Yanvar 2025 14:43 1664


Qaz və işıq tariflərində dəyişiklikdən sonra ictimai nəqliyyatda da qiymətlərin artacağı ilə bağlı fikirlər dolaşır. Vətəndaşların bir çox hazırda yerüstü marşurtların və metro qiymətlərinin artmasından dolayı olduqca narahatdır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Tarif Şurası bu barədə istənilən vaxt qərar verə bilər:

“Əslində, Tarif Şurasının qərar vermə mexanizmi hansısa qanunvericiliyə və yaxud "ded-laynlar"a (son tarix - red.) bağlı deyil. Yəni istənilən an yığışıb qiymət artımı ilə bağlı qərar verilə bilər. Sadəcə olaraq, ən azından gözlənti odur ki, ard-arda belə qərarlar yəqin ki, olmayacaq”.  pizza

Ekspert qeyd edib ki, qanunvericilikdə Tarif Şurasının qərarları ilə bağlı müəyyən məhdudiyyətlər olmalıdır:

“Amma istənilən halda, istənilən zaman belə bir qərarın verilməsi mümkündür. Çünki dediyim kimi, Tarif Şurası hansısa bir məhdudiyyətləri yoxdur və bu doğru deyil. Qanunvericilikdə Tarif Şurasının qiymət artımları ilə bağlı müəyyən məhdudiyyətləri olmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NATIQ BƏY BELƏ ÇIXIRKİ TARİF ŞURASI PREZİDENTDƏN YÜKSƏKDƏ DURUR. BUDURMU ƏDALƏTLİ CƏMİYYƏT? MƏMURLAR PREZİDENTİN DEDİKLƏRİNİN ƏKSİNİ EDİRLƏR.
    1 year ago
  • Qiymət cox bahadi erzaqlar qalxsi marsru
    Xais edirəm her seyin qiymetni endr ya da maaşlari qaldrn
    1 year ago