"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb. pizza
Bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.
Telegram kanalımız