Metroda virusa yoluxmamaq üçün nə etmək lazımdır? - Həkim   MƏSLƏHƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Metroda virusa yoluxmamaq üçün nə etmək lazımdır? - Həkim MƏSLƏHƏTİ

Sosial

11 Sentyabr 2020 17:16 1425


Xəbər verdiyimiz kimi, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci ildənn bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib. Müraciətdə sentyabrın 14-də metro açıldıqdan sonra ondan istifadə şərtləri açıqlanıb. 

Yenisabah.az-a məsələ ilə bağlı danışan Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov metro açılsa da müəyyən qaydalara əməl edilməli olduğunu bildirib: pizza hut

“Metroda əsas eskalatorun tutacağına əl vurmaq olmaz. Oranı tez-tez silmək lazımdır. Metroya girəndə mütləq məsafə saxlamaq lazımdır. Əlləri tez-tez yumaq lazımdır, maska taxmaq mütləqdir. Metrodan çıxandan sonra əlləri yusalar, virus da tutmazlar”.

Rəşid mahmudov metronun açılmasının doğru qərar olduğunu deyib: “Metronun açılmağı ola bilər ki, virusa yoluxmanın sayını artırsın.  Amma nə vaxta qədər bağlı saxlayacaqlar? Olmaz axı. Həm də virus lap zəifləyib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!