Metrodan istifadə edənlərin nəzərinə -   Qatarların...

saytların hazırlanması

Evə çatdırılma

Metrodan istifadə edənlərin nəzərinə - Qatarların...

Sosial

25 Noyabr 2024 15:44 585


"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının komponent səviyyədə zəmanətli təmiri işləri həyata keçiriləcək.

Belə ki, "Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının, dünya istehsalçılarının müxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqların komponent səviyyədə zəmanətli təmiri aparılacaq. Bununla yanaşı, mikrikontrollerlərin proqramlaşdırılması işləri də icra olunacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sözügedən işlərin icrasını "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.039.414,8 AZN (1 milyon 39 min 414 manat 8 qəpik) olan müqavilə bağlayıb./Milli.Az/ Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!