Metronun fəaliyyəti bərpa olundu: 72 gün sonra

saytların hazırlanması

Evə çatdırılma

Metronun fəaliyyəti bərpa olundu: 72 gün sonra

Sosial

14 Sentyabr 2020 07:22 1057


Bu gün səhər saat 06:00-dan Bakı metropoliteninin stansiyaları fəaliyyətini yenidən bərpa edib.

“Yeni Sabah” xəbər verir ki, səhər saatlarından artıq metro stansiyalarının qapıları sərnişinlərin üzünə açılıb. Bütün stansiyalar gücləndirilmiş rejimində fəaliyyətə başlayıb. 72 gün bağlı qalan metro stansiyaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 14-dən yenidən fəaliyyətini bərpa edib.

Stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçülür, koronaviruş şübhəsi olan vətəndaşlar, stansiyalara buraxılmırlar. Bununla yanaşı, stansiyaya daxil olan sərnişin metro ərazisini tərk edənə qədər tibbi maskadan istifadə etməlidir. Bunun üçün hər stansiyada xüsusi nəzarətçilər ayrılıb. Platforma və stansiya ərazisində olan metro nəzarətçiləri sərnişinlərə sosial məsafə saxlamağa, tibbi maskalardan istifadəni tapşırır. Stansiya ərazisinə maskasız sərnişin buraxılmır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!