“İki səbəbə görə bu il əsas meyvələrin ucuzlaşması gözlənilmir".
Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, bu yay meyvələrin ucuzlaşması ehtimalı yoxdur: pizza sifarişi
“2 səbəbə görə meyvələrin ucuzlaşmasını gözləmirəm. Birinci səbəb budur ki, bu il yazda havanın dəyişkən olması nəticəsində məhsul qıtlığı yaranıb. Digər səbəb keçən ildən bu ilə qədər inflyasiyanın böyüməsidir.
Payız meyvələrində isə ucuzlaşma olacaq. Çünki vegetasiya dövründə hava mülayim olur, məhsul bolluğu yaranır. Hətta bəzi tərəvəzlərin erkən vegetasiya dövrü konkret olmadığına görə qeyri- sabit hava şəraitinin onlara təsiri yoxdur. Buna görə də bazarlarda bolluq yaranır, ucuzlaşma baş verir”.
Ekspert bildirirb ki, istixana meyvələri də tədricən ucuzlaşaq.
“Amma ümumiyyətlə, inflyasiya hamıya və hər şeyə təsir edir”, - deyə Akif Nəsirli fikirlərini yekunlaşdırıb.
İmamət İsmayılova
Telegram kanalımız